BAKI, 31 avqust. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov və Çin Sədri Si Cinpin iki ölkə arasında “Əbədi mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında” Müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, mərasim Qırğızıstan və Çin liderləri arasında Bişkekdə keçirilən danışıqlardan sonra baş tutub.

Sadır Japarov deyib ki, sənəd iki dövlət arasında hərtərəfli strateji tərəfdaşlığın daha da keyfiyyətli inkişafı üçün möhkəm təməl yaradacaq.

Görüşün yekununda ümumilikdə 32 sənəd imzalanıb. Digər razılaşmalar hökumətlər və qurumlar səviyyəsində əməkdaşlığa aiddir. Sazişlər sərhəd və “Bedel” keçid məntəqəsi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, media və digər sahələri əhatə edir.