BAKI, 31 avqust. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov seçki kampaniyası dövründə istefa verməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Joqorku Keneşinin sdəri Marlen Mamataliyev bildirib .
Spikerin sözlərinə görə, mövcud qanunvericilikdə prezidentin seçki kampaniyası dövründə vəzifələrini yerinə yetirməsinin müvəqqəti olaraq dayandırılması zərurəti nəzərdə tutulmayıb.
“Prezident namizəd olsa belə, istefa verməyəcək. Bununla bağlı heç bir hüquqi məhdudiyyət yoxdur, o, bütün vəzifələrini tam şəkildə yerinə yetirir”, - Marlen Mamataliyev qeyd edib.
Parlament sədri hökumətin hər üç qolunun adi qaydada fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Qırğızıstanda növbəti prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək. Sadır Japarov bundan əvvəl seçkilərdə iştirak etmək və ikinci müddətə prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.