BAKI, 31 avqust. TELEQRAF
Ukrayna sərhədindən 1800 kilometr məsafədə yerləşən Rusiyanın Sverdlovsk vilayətində dron həyəcanı elan edilib.
Teleqraf xəbər verir ki, bu barədə regionun qubernatoru Denis Pasler məlumat verib.
O, bölgədə rabitə və internet məhdudiyyətlərinin tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib. Pasler bölgə sakinlərini ayıq-sayıq olmağa çağırıb.
Hücumun təfərrüatları barədə əlavə məlumat verilməyib.