Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Kərim Benzema karyerasını İspaniyada davam etdirə bilər.
Teleqraf xəbər verir ki, “Betis” 38 yaşlı fransalı futbolçunu transfer etməyi nəzərdən keçirir.
Məlumata görə, “Əl-Hilal” “Aston Villa”nın hücumçusu Olli Uotkinslə razılıq əldə etdiyi üçün Benzemanın komandadan ayrılmasına mane olmayacaq. Sevilya təmsilçisi isə təcrübəli forvardla yalnız o, Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini ləğv edərək azad agent olduqdan sonra danışıqlara başlamağı planlaşdırır.
Bildirilib ki, Benzema müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün qalan maaşının tam ödənilməsini tələb edir.
Qeyd edək ki, “Qızıl top” mükafatının sahibi olan Kərim Benzemanın “Əl-Hilal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.