BAKI, 20 avqust. TELEQRAF

UEFA Konfrans Liqasının pley-off mərhələsində bu gün “Qarabağ” ilk oyununu keçirəcək.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.

Enşede şəhərindəki “FC Tvente Stadion”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Matçı albaniyalı hakim Juxhin Xhaja idarə edəcək. Ona həmyerliləri Rejdi Avdo və Mario Şazivari kömək edəcəklər. Dördüncü hakim Emanuela Rusta olacaq.

UEFA Konfrans Liqası
Pley-off, ilk oyun
22:00.
“Tvente” (Niderland) – “Qarabağ” (Azərbaycan)