BAKI, 20 avqust. TELEQRAF
“Yuventus”un müdafiəçisi Federiko Qatti azarkeşin təsadüfən ona sürüşərək çırpılması nəticəsində zədələnib.
Teleqraf xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Bildirilir ki, italiyalı futbolçunun A Seriyasının ilk turunda “Frozinone” ilə avqustun 23-də keçiriləcək səfər matçında iştirakı sual altındadır.
Hadisə “Yuventus” və klubun gənclərdən ibarət “Yuventus Next Gen” komandası arasında keçirilən yoldaşlıq görüşü zamanı baş verib. İkinci hissə başlamazdan əvvəl azarkeşlər meydana daxil olublar. Onlardan biri sürüşərək arxadan Qattiyə çırpılıb və futbolçunu yerə yıxıb.
Qeyd edək ki, “Yuventus”un əsas və gənclər komandaları arasında keçirilən ənənəvi qarşılaşma zamanı azarkeşlərin meydana daxil olması ötən əsrdən mövcud olan ənənədir.
28 yaşlı Qatti 2022-ci ildən “Yuventus”da çıxış edir. O, Turin klubu ilə 2023/2024 mövsümündə İtaliya Kubokunun qalibi olub.