BAKI, 20 avqust. TELEQRAF

“Qarabağ”dan ayrılaraq Şotlandiyanın “Seltik” klubuna keçən Kamilo Duran yeni komandasında fərqlənməyə davam edir.

Teleqraf xəbər verir ki, kolumbiyalı hücumçu UEFA Çempionlar Liqasının pley-off mərhələsində Avstriyanın LASK klubuna qarşı keçirilən görüşdə dubl edib.

“Seltik”in 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Kamilo Duran 38-ci və 67-ci dəqiqələrdə fərqlənib.