BAKI, 20 avqust. TELEQRAF
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin “Hapoel" (Beer-Şeva, İsrail) klubu ilə qarşılaşıb.
Görüş “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah” matçda hesabı erkən açıb. Velko Simiç 6-cı dəqiqədə Azərbaycan təmsilçisini önə keçirib. “Hapoel” 43-cü dəqiqədə Javon İstin qolu ilə hesabı bərabərləşdirib.
79-cu dəqiqədə isə İqor Zlatanoviç fərqlənərək İsrail klubuna qələbə qazandırıb – 2:1.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də Bakıda keçiriləcək.
***
00:37
"Hapoel" "Sabah"la oyunda hesabı açıb.
Teleqraf xəbər verir ki, İsrail təmsilçisinin 2-ci qolunu 79-cu dəqiqədə İqor Zlatanoviç vurub.
***
00:04
"Hapoel" - "Sabah" matçında ikinci hissə başladı.
23:47
"Hapoel" - "Sabah" matçında ilk hissə başa çatdı.
***
23:44
"Hapoel" "Sabah"la görüşdə hesabı bərabərləşdirib.
***
23:07
"Sabah" "Hapoel"lə səfər matçında hesabı açıb.
Teleqraf xəbər verir ki, 6-cı dəqiqədə Velko Simiç fərqlənib.
Beləliklə, o, Çempionlar Liqasında 6-cı qolunu vurub.
***
23:00
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin “Hapoel Beer-Şeva” klubu ilə qarşılaşır.
Matçın start fiti Bakı vaxtilə saat 23:00-da Buxarestdə yerləşən “Quleşti” stadionunda səslənib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 25-də Bakıda keçiriləcək.