BAKI, 19 avqust. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu futbolçusu Sidiki Şeriflə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi 19 yaşlı hücumçunun İngiltərənin “Koventri Siti” klubuna transferi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

“Fənərbağça” ötən mövsümün qış fasiləsində heyətinə qatdığı futbolçuya komandadakı xidmətlərinə görə təşəkkür edib.

“Klubumuz ötən mövsümün qış fasiləsində heyətimizə qoşulan peşəkar futbolçumuz Sidiki Şerifin transferi ilə bağlı “Koventri Siti” ilə razılığa gəlib”, – deyə klubun açıqlamasında bildirilib.