BAKI, 19 avqust. TELEQRAF

“Qalatasaray”ın uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyra keçmiş klubu “Fiorentina”ya qayıtmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb.

Məlumata görə, 2021/2022 mövsümündə icarə əsasında “Fiorentina”da çıxış edən 29 yaşlı futbolçu meneceri vasitəsilə İtaliya klubuna qayıtmaq istəyini çatdırıb.

Buna baxmayaraq, transferin baş tutmaq ehtimalının aşağı olduğu bildirilir. “Fiorentina”nın hazırkı heyətində yarımmüdafiə xəttində futbolçu çoxluğu olduğu üçün bu mövqeyə yeni oyunçu transfer etmək niyyətində olmadığı qeyd edilir.