BAKI, 19 avqust. TELEQRAF
“Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi İsrailin “Hapoel Beer-Şeva” (İsrail) klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə yerləşən “Quleşti” stadionunda keçiriləcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də Bakıda baş tutacaq.