BAKI, 18 avqust. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubu Rusiya millisinin və Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovun transferini tamamlamağa yaxındır.
Teleqraf xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yaqub Çınar “Sahadan Kulis” portalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, transferin yaxın vaxtlarda rəsmiləşməsi ehtimalı olduqca yüksəkdir. Futbolçunun avqustun 18-də İstanbula gətirilməsi planlaşdırılır.
“Batrakovun transferinin bu gün tamamlanması ehtimalı çox yüksəkdir. Futbolçunu sabah İstanbula gətirmək planı var. Ən gec çərşənbə və ya cümə axşamı onun İstanbula gələcəyini gözləyirik”, – Çınar deyib.
Türkiyəli jurnalist Ertan Süzgün də daha əvvəl “Qalatasaray”ın Batrakovun transferi ilə bağlı son detalları dəqiqləşdirdiyini bildirib. Onun məlumatına görə, İstanbul klubunun futbolçu üçün təklifi 30 milyon avronu keçib.
Batrakovun avqustun 19-u və ya 20-də “Qalatasaray”ın yeni futbolçusu kimi təqdim ediləcəyi bildirilir.
21 yaşlı yarımmüdafiəçi “Lokomotiv”in yetirməsidir və 2024-cü ildən klubun əsas komandasında çıxış edir. O, müxtəlif turnirlərdə keçirdiyi 84 matçda 34 qol vurub və 23 məhsuldar ötürmə edib.
Batrakov son iki mövsümdə Rusiya Premyer Liqasının ən yaxşı gənc futbolçusu seçilib. O, “Lokomotiv”lə 2025/26 mövsümündə Rusiya çempionatının bürünc medalını qazanıb.
Futbolçu Rusiya millisində keçirdiyi 12 qarşılaşmada isə 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.