BAKI, 17 avqust. TELEQRAF

“Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. İlk hissədə sürət aşağı idi. Amma ikinci hissədə temp yüksəldi və önəmli qalibiyyət əldə etdik”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının ilk turunda “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Sefasın durumu ilə bağlı bunları söyləyib:

“Dəyişiklik limitimiz bitmişdi. Əzələsində gərginlik var idi. Bu səbəblə də onu oyundan çıxartdıq”.

Qurbanov Abdullah Zubirin komandadan ayrılmasını belə dəyərləndirib:

“Heyətdə çox ayrılıqlar oldu. Hər oyunçunun öz zamanı var. Zubir kimi futbolçu ilə işləmək hər baş məşqçiyə qismət olmur. O, çox sağlam, intizamlı futbolçu idi. İndiyə qədər onun nə bir məşq buraxdığını, nə də zədələndiyini xatırlamıram. Nadir hallarda çıxmadığı oyunlar olub. Məhz onun kimi futbolçu axtarırıq”.