BAKI, 17 avqust. TELEQRAF

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) – "Qarabağ" matçının vauçerləri bu gün satışa çıxarılacaq.

Teleqraf xəbər verir ki, vauçerləri bu gün saat 17:00-dan etibarən "İticket.az" saytından onlayn şəkildə əldə etmək mümkün olacaq.

Biletlərin qiyməti 45 manat təşkil edir. Vauçerlər əldə olunduqdan sonra biletlər oyun gününədək alıcının e-poçt ünvanına göndəriləcək. Stadiona giriş yalnız biletlə mümkün olacaq və azarkeşlərin üzərlərində şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.

"FC Twente Stadion"da Azərbaycan təmsilçisinin azarkeşləri üçün 1500 yer ayrılıb. Qonaq komandanın tərəfdarları 325 və 326-cı sektorlara "Gate X" girişindən daxil olacaqlar.

Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.