BAKI, 17 avqust. TELEQRAF

“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer-Şeva” (İsrail) ilə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Ona həmyerliləri Filippo Meli və Alessio Berti kömək edəcəklər.

Matçın dördüncü hakimi Matteo Marcenaro olacaq. VAR hakimi funksiyasını Marco Di Bello, AVAR-ı isə Valerio Marini yerinə yetirəcək.

Görüş Buxarestdəki “Stadionul Giulești”da keçiriləcək.