BAKI, 13 avqust. TELEQRAF
Fransa təmsilçilərindən PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Super Kubokunda qazandığı titulların sayına görə tarixi göstəriciyə imza atıb.
Teleqraf xəbər verir ki, Paris klubu UEFA Super Kuboku uğrunda görüşdə “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib.
“Squawka”nın məlumatına görə, bu, Luis Enrikenin məşqçi kimi turnirdə üçüncü qələbəsi olub. İspaniyalı mütəxəssis UEFA Super Kubokunu 2015, 2025 və 2026-cı illərdə qazanıb.
Bununla da Enrike Aleks Ferqyuson (1983, 1991) və Zinəddin Zidanı (2016, 2017) geridə qoyub.
Bu göstəricidə rekord 5 titulla Karlo Ançelottiyə məxsusdur. O, UEFA Super Kubokunu 2003, 2007, 2014, 2022 və 2024-cü illərdə qazanıb. Xosep Qvardiolanın isə 4 titulu var – 2009, 2011, 2013 və 2023.