BAKI, 13 avqust. TELEQRAF
“İnter Mayami” Liqa Kubokunun I turunda Meksikanın “Leon” klubunu qəbul edib.
Teleqraf xəbər verir ki, Mayamidə keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“İnter Mayami”nin heyətində Daniel Pinter 42-ci, Yannik Brayt isə 54-cü dəqiqədə fərqlənib. “Leon”un qollarını Daniel Arsila (50, 83) və Xuan Dominqes (60) vurublar.
Görüş Lionel Messi üçün xüsusi əhəmiyyət daşıyıb. 39 yaşlı argentinalı hücumçu fasilədən sonra Daniel Pinterin əvəzinə meydana daxil olub. Bu, Messinin atasının vəfatından sonra iştirak etdiyi ilk qarşılaşma olub.
Xorxe Messi avqustun 8-də 68 yaşında ağır xəstəlikdən sonra vəfat edib. Bundan sonra Lionel Messinin klub oyunlarına qeyri-müəyyən müddətə fasilə verəcəyi bildirilmişdi.
Qeyd edək ki, “Leon” 9 xalla Meksika klubları arasında turnir cədvəlinə başçılıq edir. “İnter Mayami” isə 3 xalla ABŞ komandaları arasında 15-ci pillədə qərarlaşıb.