BAKI, 12 avqust. TELEQRAF
“Düşünürəm ki, oyun çətin olacaq. Əsas məqsədimiz qələbə qazanmaqdır”.
Teleqraf xəbər verir ki, bunu Kiyev “Dinamo”sunun hücumçusu Matviy Ponomarenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyununda öncə mətbuat konfransında deyib.
Ukraynalı futbolçu Azərbaycan təmsilçisi ilə qarşılaşmanın onlara əlavə motivasiya verdiyini bildirib:
“Əlbəttə, ötən mövsüm “Qarabağ”ı izləmişəm. Maraqlı və çətin oyun gözləyirik. Ciddi hazırlaşmışıq. Düşünürəm ki, yaxşı oyun olacaq”.
Ponomarenko Bakıdakı azarkeş amilinə də toxunub:
“Düşünürəm ki, bu, çətin oyun olacaq. Oxumuşam ki, stadionda komandasını irəli aparacaq təxminən 30 min azarkeş gözlənilir. Amma biz hər şeyə hazırıq. Bir qol üstünlüyümüz var və bura qələbə qazanmaq, növbəti mərhələyə yüksəlmək üçün gəlmişik”.
Hücumçu “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasındakı çıxışını da izlədiyini vurğulayıb:
“Avrokuboklarda hər bir oyun prestijlidir. Buna görə də hər qarşılaşmaya böyük məsuliyyətlə hazırlaşırıq. Ötən il “Qarabağ”ı izləmişəm, Çempionlar Liqasındakı çıxışlarını görmüşəm. Onlar kifayət qədər yaxşı oynadılar. “Qarabağ” rəqiblərinə həm taktiki, həm də fiziki baxımdan çətinlik yaradan yaxşı və iddialı komandadır. Buna görə də oyuna diqqətlə hazırlaşacağıq”.
Qeyd edək ki, “Qarabağ” - “Dinamo” cavab qarşılaşması avqustun 13-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) - DAK (Slovakiya) duelinin güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə “Tvente” 6:0 hesablı qələbə qazanıb.