BAKI, 12 avqust. TELEQRAF
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
Teleqraf xəbər verir ki, ölkə hazırda 21.437 əmsalla 26-cı pillədə yer alıb.
25-ci yerdə olan Ukrayna 22.587 əmsala malikdir.
Reytinqə 98.519 əmsalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"ya (Danimarka) 4:0 hesabı ilə qalib gəlib.