BAKI, 11 avqust. TELEQRAF
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Teleqraf xəbər verir ki, paytaxt klubu Macarıstanın ZTE komandasından Alen Şkribeki heyətinə qatıb.
25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə “2+1” illik müqavilə imzalanıb.
Bunadək karyerası ərzində yalnız Macarıstan klublarında çıxış edən Şkribek 2026/2027 mövsümündə ZTE-nin heyətində ölkə çempionatının ilk 3 turunun hamısında meydana çıxıb və 3 məhsuldar ötürmə verib. O, ötən mövsüm isə bütün turnirlərdə 37 matçda 11 qol vurub, 5 assist edib.
Universal futbolçu həm yarımmüdafiənin mərkəzində, həm “10 nömrə” mövqeyində, həm də cinahlarda çıxış edə bilir.
Qeyd edək ki, Alen Şkribek 2023/2024 mövsümündə “Pakş”la Macarıstan kubokunun qalibi olub. O, 2021-2022-ci illərdə Macarıstanın U-21 millisində 11 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.