BAKI, 11 avqust. TELEQRAF
"İkinci hissədə biz çox böyük səhvlərə yol verdik".
Teleqraf xəbər verir ki, bunu "Orhus"un baş məşqçisi Yakob Poulsen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a qarşı keçirilən cavab oyunundan sonra deyib.
"Topu "Sabah" kimi güclü komandaya verəndə onlar da cəzalandırdı. İlk qoldan sonra "Sabah"ın hücumlarının sayı artmıışdı. Böyükhesablı məğlubiyyətin səbəbi buraxdığımız səhvlərdən qaynaqlanırdı.
Avropa Liqasının pley-offunda "Benfika" ən güclü rəqiblərdən biridir. Amma əvvəlcə çempionat oyununa köklənəcəyik. Yəqin ki, sürpriz edə bilərik.
Bir hissədə 4 qol buraxmaq planlarımıza daxil deyildi. Bizim üçün sürpriz oldu. Hər iki oyunda göstərdiyi perfomansa görə "Sabah" növbəti tura yüksəlməyə layiq idi".
Qeyd edək ki, iki oyunun nəticəsinə görə 5:2 hesablı üstünlük qazanan “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.