BAKI, 11 avqust. TELEQRAF

“Barselona”nın futbolçusu Runi Bardqji ciddi zədə alıb.

Teleqraf xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

20 yaşlı vingerin sağ dizinin ön çarpaz bağının qopduğu bildirilib. Bardqji yaxın günlərdə əməliyyat olunacaq.

“Barselona” futbolçunun bərpa müddətini açıqlamayıb. Lakin onun 2026-cı ilin sonuna qədər meydana qayıtmayacağı gözlənilir. Bu tip zədələrdən sonra bərpa prosesi adətən altı ay və ya daha çox çəkir.

Qeyd edək ki, Runi Bardqji “Barselona”nın əsas komandasında 28 rəsmi matç keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.