BAKI, 11 avqust. TELEQRAF

İtaliyanın “Milan” klubu heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, “rossoneri” İngiltərənin “Tottenhem” klubunda çıxış edən Ced Spenslə maraqlanır.

Jurnalist Ekrem Konurun məlumatına görə, London təmsilçisi 26 yaşlı futbolçunu təxminən 50 milyon avro dəyərində qiymətləndirir. Spenslə digər İtaliya klubu “İnter” də uzun müddətdir maraqlanır.

Daha əvvəl “Roma” da ingiltərəli müdafiəçini transfer etmək istəyib, lakin paytaxt təmsilçisi “Tottenhem”in maliyyə tələblərini qarşılamağa hazır olmayıb.

Spensin “Liverpul” və “Mançester Yunayted”ə də təklif edildiyi bildirilir. “Liverpul” futbolçunun transferindən imtina edib, “Mançester Yunayted” isə hələlik təklifə cavab verməyib.

Qeyd edək ki, Ced Spens ötən mövsüm bütün turnirlərdə 44 matçda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.