BAKI, 11 avqust. TELEQRAF
Türkiyə təmsilçilərindən “Fənərbağça” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Teleqraf xəbər verir ki, İstanbul nəhəngi səfərdə Avstriya klubu “Şturm Qrats”ın qonağı olacaq.
Qarşılaşma Qratsdakı “Stadion Graz Liebenau”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçı İspaniyadan olan FIFA referisi Alexandro Ernandes idarə edəcək.
Qeyd edək ki, komandalar arasında ilk oyun “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.