BAKI, 10 avqust. TELEQRAF
“Araz-Naxçıvan” Bosniya və Herseqovinadan olan müdafiəçi Bojan Letiçlə müqavilə imzalayıb.
Bu barədə Teleqraf-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
33 yaşlı sol cinah müdafiəçisi 2026-2027-ci illər mövsümündə Naxçıvan təmsilçisinin formasını geyinəcək.
Letiçin son klubu “Sabah” olub. O, karyerası ərzində “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş”də çıxış edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Mamadu Kane, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb