BAKI, 10 avqust. TELEQRAF

“Amazon”un təsisçisi Ceff Bezosun daxil olduğu konsorsium İngiltərənin “Liverpul” klubunun təxminən üçdəbir hissəsini almağa yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, klubun əsas səhmdarı olan “Fenway Sports Group” (FSG) sövdələşmə ilə bağlı yaxın günlərdə açıqlama verə bilər.

Bezos “Facebook”un həmtəsisçisi Eduardo Saverin və Amit Bhatianın rəhbərlik etdiyi investor qrupuna qoşulacaq. Konsorsiumun klubda 30 faizdən çox pay əldə edə biləcəyi bildirilir.

Sövdələşmə baş tutarsa, “Liverpul”un dəyəri təxminən 4,4 milyard funt sterlinq (6 milyard dollar) qiymətləndiriləcək.

Qeyd edək ki, FSG “Liverpul”u 2010-cu ildə 300 milyon funt sterlinqə alıb.