BAKI, 10 avqust. TELEQRAF

“Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf xəbər verir ki, Naxçıvan təmsilçisi “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini icarəyə götürüb.

22 yaşlı forvard qarşıdakı mövsümü “qırmızı-ağlar”ın heyətində keçirəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə bağlayıb.