BAKI, 10 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək “Sumqayıt” - “Neftçi” qarşılaşmasının stadionu dəyişdirilib.
Teleqraf xəbər verir ki, buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işləri səbəb olub.
Bu səbəbdən “Sumqayıt” - “Neftçi” görüşü “SOCAR Polymer Arena”da baş tutacaq.