BAKI, 10 avqust. TELEQRAF
İngiltərənin "Arsenal" klubu müdafiə xəttini gücləndirmək üçün yeni futbolçu transfer etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. London təmsilçisi hazırda mərkəz müdafiəçisi mövqeyi üçün namizədləri nəzərdən keçirir.
Buna səbəb "Arsenal"ın və Fransa millisinin müdafiəçisi Vilyam Salibanın DÇ-2026 zamanı ciddi zədə almasıdır.
Daha əvvəl İngiltərə mətbuatında "topçular"ın "Tottenhem"in argentinalı müdafiəçisi Kristian Romeronu transfer etmək istədiyi bildirilmişdi. Lakin London klubunun əsas rəqiblərindən olan "Tottenhem" futbolçunu "Arsenal"a satmaq niyyətində deyil.
Qeyd edək ki, "Arsenal" yeni mövsümdə ilk rəsmi oyununu avqustun 16-da keçirəcək. London təmsilçisi İngiltərə Superkuboku uğrunda "Mançester Siti" ilə qarşılaşacaq.