BAKI, 7 avqust. TELEQRAF
“Zirə” Namik Ələskərovla yollarını ayırıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, N.Ələskərov 2025-ci ilin yayından "Zirə"də çıxış edirdi.