BAKI, 7 avqust. TELEQRAF
Birinci Liqa təmsilçilərindən “Səbail” 5 yeni transfer həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə “Səbail”in yeni idarə heyəti ilə təqdimat tədbirində məlumat verilib.
Bakı təmsilçisi Peter Aqbeloven, Ezekiel Morqan, Yan Said, Dinyo və Hulkla müqavilə bağlayıb.
Qeyd edək ki, "Səbail" 2026/2027 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.