BAKI, 7 avqust. TELEQRAF
“Səbail”in əsas hədəflərindən biri regiona köçməkdir”.
Teleqraf xəbər verir ki, bunu Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev deyib.
Klubun yeni idarə heyətinin təqdimat mərasimində çıxış edən FİF rəsmisi klubun strateji məqsədlərindən bəhs edib:
“Səbail” Quba şəhərini təşkil edəcək. Necə ki, "Kəpəz" Gəncədə, "Turan Tovuz" isə Tovuzda rəğbət qazanıb, "Səbail"in də bölgə futbolunda seviləcəyinə inanırıq”