BAKI, 7 avqust. TELEQRAF

“İlk istəyimiz birinci liqadan Premyer Liqaya yüksəlməkdir”.

Teleqraf xəbər verir ki, bunu Birinci Liqa təmsilçilərindən “Səbail”in yeni prezidenti Mirzə Bayrampur klubun yeni idarə heyətinin təqdimat mərasimində deyib.

O, klubu himayəsinə götürdükdən sonra ilk dəfə qarşıya qoyduğu hədəfləri açıqlayıb:

“Digər əsas məqsədimiz isə uşaq futbolunun inkişaf etdirilməsidir. Bu gün klubların tez dağılmasının, davamlı ola bilməməsinin əsas səbəbi uşaq futbolunun inkişaf etməməsidir. Bu səbəblə akademiyanın yaradılması çox vacibdir.

Komandanın adı dəyişdirilib “Quba” olacaq. Klubu o bölgəyə daşımaq istəyirik. Qubada buna görə baza tikmək istəyirik. Növbəti illərdə hədəfimiz bunlardır. Uşaq futbolu üçün həm Quba, həm də Bakıda bazaların olmasını istəyirik. Həm də əsas komandanın baza və stadionu olsun istəyirik. Quba Olimpiya Komlelsinin stadionuna görə müraciətlər olunub. Həm Avropa, həm də FIFA standrtlarına uyğun stadionumuz olacaq".