BAKI, 7 avqust. TELEQRAF

İngiltərə millisinin və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun futbolçusu Ayvan Toniyə cinayət işi açılıb.

Teleqraf “TalkSport”a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu 2025-ci il dekabrın 6-da Londonun gecə klublarından birində baş verən insident zamanı bir nəfərə bədən xəsarəti yetirməkdə ittiham olunur.

Məlumata görə, insidentdən əvvəl zərərçəkən şəxs futbolçu ilə selfi çəkdirmək məqsədilə onun boynundan tutmağa çalışıb. Toni isə ona baş zərbəsi endirib.

Hadisədən sonra həmin şəxsə tibbi yardım göstərilib. London Polisi iyulun 31-də futbolçuya rəsmi ittiham irəli sürüldüyünü açıqlayıb. O, sentyabrın 24-də Vestminster Magistrat Məhkəməsi qarşısına çıxacaq.

Qeyd edək ki, Ayvan Toni 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində çıxış edib və Fransa ilə üçüncü yer uğrunda keçirilən, komandasının 6:4 hesablı qələbəsi ilə başa çatan görüşdə start heyətində yer alıb.