BAKI, 7 avqust. TELEQRAF
Serbiyalı hücumçu Duşan Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Transfer News Live" məlumat yayıb.
Mənbənin iddiasına görə, İspaniyanın "Atletiko Madrid" klubu azad agent statusunda olan Vlahoviçi heyətinə qatmaq variantını nəzərdən keçirir. Lakin transferlə bağlı konkret danışıqlara yalnız hazırkı hücumçulardan biri komandadan ayrılacağı təqdirdə başlanılacaq.
Bildirilir ki, 26 yaşlı forvard baş məşqçi Dieqo Simeonenin komandasında norveçli Aleksandr Sörlotu əvəz edə bilər. Sörlotun isə Türkiyə klublarının maraq dairəsində olduğu vurğulanır.
Qeyd edək ki, Duşan Vlahoviç ötən mövsümün ardından "Yuventus"la yollarını ayıraraq azad agent statusu alıb. Serbiyalı hücumçu ilə Türkiyənin "Beşiktaş" klubunun da maraqlandığı bildirilir.