BAKI, 7 avqust. TELEQRAF

Argentina millisinin sabiq üzvü Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Radio Mitre”nin jurnalisti Roberto Antolin məlumat yayıb.

Mənbənin iddiasına görə, 33 yaşlı forvardla La Liqa təmsilçisi “Rayo Valyekano” maraqlanır. Bildirilir ki, futbolçu da Vallekas klubuna keçməyə müsbət yanaşır və artıq Madriddə ev axtarmağa başlayıb.

Qeyd edək ki, İkardi iyunun 30-da “Qalatasaray”la müqaviləsinin başa çatmasının ardından azad agent statusu alıb. Ağır zədədən qayıtdığı ötən mövsümdə o, Türkiyə klubunun heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 15 qol vurub.