BAKI, 7 avqust. TELEQRAF

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlar çərçivəsində keçiriləcək "Sabah"-"Orhus" matçının hakimləri dəyişdirilib.

Teleqraf xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasınıa tapşırılmışdı, dəyişiklikdən sonra bu görüş fransalı hakimlərə həvalə olunub.

Oyunda referi Villi Delajoya yan xətt hakimləri kimi Ervan Finjean və Valentin Evrard kömək edəcək. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.

Qeyd edək ki, "Sabah"-"Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk matçda Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.