BAKI, 7 avqust. TELEQRAF
Paolo Maldininin oğlu Daniel Maldini karyerasını yenidən başqa komandada davam etdirməyə yaxındır.
Teleqraf xəbər verir ki, tanınmış jurnalist Fabrizio Romano məlumat yayıb.
Daniel Maldini hazırkı klubu "Atalanta"dan icarə əsasında "Kalyari"yə keçəcək. Tərəflər transferlə bağlı razılıq əldə ediblər.
Müqavilədə satınalma hüququ da nəzərdə tutulub, lakin məbləğ açıqlanmayıb. Müxtəlif mənbələrin məlumatına görə, bu bəndin dəyəri təxminən 9 milyon avro təşkil edə bilər.
Qeyd edək ki, son günlər 24 yaşlı hücumameylli yarımmüdafiəçinin "Sassuolo"ya keçəcəyi ilə bağlı da iddialar səslənirdi. Lakin son anda "Kalyari" transfer yarışında üstünlük qazanıb.
Xatırladaq ki, İtaliya A Seriyasında 2026/2027 mövsümü avqustun 22-də start götürəcək.