BAKI, 7 avqust. TELEQRAF
İtaliyanın "Yuventus" klubu və İngiltərə təmsilçisi "Mançester Yunayted" arasında hücumçu Coşua Zirkzee ilə bağlı danışıqlar davam edir.
Teleqraf xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" hollandiyalı futbolçunu icarəyə verməyə hazırdır.
Zirkzee Turin klubuna keçəcəyi təqdirdə klub Conatan Devidlə yollarını ayıracaq.
Qeyd edək ki, İngiltərəyə keçməzdən əvvəl Coşua Zirkzee “Bolonya” ilə Seriya A -da uğurlu çıxışı ilə yadda qalıb.