BAKI, 7 avqust. TELEQRAF

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Teleqraf xəbər verir ki, 28 yaşlı futbolçu Polşanın “Rakuv” klubunun heyətində İsveçin “Hammarby” komandasına qarşı keçirilən ilk matçda start heyətində meydana çıxıb.

O, sonadək meydanda olub. Çenstoxovada keçirilən görüşdə qalib müəyyənləşməyib - 0:0.

Qeyd edək ki, cütün taleyinə avqustun 13-də İsveçdə keçiriləcək cavab qarşılaşmasında aydınlıq gələcək.