BAKI, 6 avqust. TELEQRAF

“Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim”.

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

Mütəxəssis 0:1 heaablı məğlubiyyəti belə şərh edib:

“Danışılacaq çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq. Onlar çox yaxşı müdafiə olundular və sürətli əks-hücumlara çıxırdılar. Sürəti, dinamikanı qaldırmaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Bakıdakı cavab görüşünə hazırlaşacağıq. Bunun üçün 5-6 gün vaxtımız olacaq. Matçı tam analiz edəcəyik və növbəti oyuna hazırlaşacağıq.

Sadə texniki səhv oldu və nəticədə qapımızda qol gördük. Ümumilikdə, müdafiədə heç də pia davranmadıq. Hücum xəttində aktivlik çatmadı.

Bu gün düşündüyüm “11-lik”də Zubirə ehtiyac vardı. Bur neçə hücumlarımız vardı, hansı ki, onun vasitəsilə auracaqdıq. Bir-ikisi alındı, bəzisi alınmadı. Amma hər bir halda start heyətdə onu da fikirləşmişdik. Burada başqa səbəb yoxdur.

Azarkeşləeə təşəkkür üsirəm. Ukraynalı azarkeşlər də uzaq məsafədə oynamasına baxmayaraq, komandalarına dəstək oldular”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.