BAKI, 6 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqası təmsilçisi “Araz-Naxçıvan”dan ayrılan Slavik Alxasovun yeni klubu bəlli olub.
Teleqraf xəbər verir ki, təcrübəli müdafiəçi I Liqa təmsilçisi “Səbail”ə transfer olunub.
Tərəflər arasında mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.