BAKI, 6 avqust. TELEQRAF

Türkiyənin "Trabzonspor" klubu misirli hücumçu Məhəmməd Salahın maaşını rəsmən açıqlayıb.

Teleqraf xəbər verir ki, Qara dəniz təmsilçisi İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərdiyi açıqlamada 34 yaşlı futbolçu ilə iki illik müqavilə imzalandığını təsdiqləyib.

Müqaviləyə əsasən, Salah hər mövsüm ümumilikdə 17 milyon avro gəlir əldə edəcək. Bu məbləğin 10 milyon avrosu zəmanətli maaş, 7 milyon avrosu isə imza bonusu kimi ödəniləcək.

Bundan başqa, müqavilədə müxtəlif şərti bonuslar da nəzərdə tutulub. Klubun açıqlamasına görə, Məhəmməd Salah öz adı və loqosu altında klubun rəsmi mağazalarında satılan məhsullardan əldə olunan gəlirin 20 faizini alacaq.

"Trabzonspor" həmçinin futbolçunun ümumi əməkhaqqının 5 faizi həcmində menecer xidmət haqqı ödəyəcəyini də bəyan edib.