BAKI, 6 avqust. TELEQRAF
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Rodrinin İspaniyanın "Real Madrid" komandasına transferi gözlənilməz şəkildə dayanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
30 yaşlı ispaniyalı futbolçunun və "Real Madrid"in dördillik müqavilə ilə bağlı razılığa gəlməyə çox yaxın olduğu bildirilirdi. Rodrinin İspaniyaya qayıtmaq istəyi də transferin baş tutacağı ilə bağlı gözləntiləri artırmışdı.
Lakin son məlumata əsasən, tərəflər arasında əldə olunması gözlənilən razılıq pozulub. Bildirilir ki, İspaniya klubunun təklifi futbolçunu qane etməyib və nəticədə danışıqlar gərginləşib.
Hazırda İngiltərə təmsilçisinin oyunçusunun İspaniya nəhənginə transferi ilə bağlı proses dondurulub və tərəflər arasında danışıqların taleyi qeyri-müəyyən olaraq qalır.