BAKI, 6 avqust. TELEQRAF

Lionel Messi növbəti dəfə parlaq çıxışı ilə diqqət mərkəzinə düşüb.

Teleqraf xəbər verir ki, ABŞ təmsilçilərindən "İnter Mayami" Şimali və Mərkəzi Amerika Liqa Kubokunun A qrupunda Meksikanın "Atletiko San Luis" klubunu 4:2 hesabı ilə məğlub edib.

Argentinalı ulduz görüşün əsas qəhrəmanı olub. Messi matçın 11-ci və 44-cü dəqiqələrində iki dəfə rəqib qapısına yol tapıb, həmçinin Telasko Seqoviyanın 26-cı dəqiqədə vurduğu qolda məhsuldar ötürmə müəllifi olub.

Meydan sahiblərinin digər qolunu Mikael əlavə vaxtda (45+7) vurub. Qonaqların heyətində isə David Rodriges (4) və Rodrigo Lyorente (51) fərqləniblər.