BAKI, 5 avqust. TELEQRAF

Türkiyə təmsilçisi “Beşiktaş”ın prezidenti Serdal Adalı Misir millisinin üzvü Məhəmməd Salahın “Trabzonspor”a transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Teleqraf xəbər verir ki, klub rəhbəri ulduz futbolçunun transferinin heç vaxt “Beşiktaş”ın planlarında olmadığını deyib.

Adalı bildirib ki, “Beşiktaş” Salahı transfer etmək istəməyib: “Dünəndən bəri bu məsələni təəssüflə izləyirəm. Azarkeşlərimiz yaxşı bilsin ki, biz Məhəmməd Salahı istəməmişik. Bu transfer əlimizdən çıxmayıb. Elə bir vəziyyət olmayıb ki, futbolçunu almaq istəyək, amma başqa klub onu bizdən əvvəl transfer etsin. Mən klub prezidenti olduğum müddətdə heç kim əlimizdən futbolçu ala bilməyib. Üstəlik, “Trabzonspor”la münasibətlərimiz yaxşıdır və belə bir halın yaşanması mümkün deyil”.

Qeyd edək ki, 34 yaşlı hücumçu azad agent kimi Trabzon təmsilçisi ilə müqavilə imzalayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.