BAKI, 5 avqust. TELEQRAF
İtaliyanın “Napoli” klubunun hücumçusu Romelu Lukaku mövsümöncəsi hazırlıq prosesinə qatılmaqdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı futbolçu yay transfer pəncərəsi bağlanana qədər Neapol təmsilçisindən ayrılmağa ümid edir. Belçika millisinin üzvü ilə ABŞ-nin “Atlanta Yunayted” klubu maraqlanır.
Lukaku karyerasını davam etdirmək üçün digər variantları da nəzərdən keçirir.
Qeyd edək ki, Romelu Lukaku 2024-cü ilin yayından “Napoli”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Hücumçunun bazar dəyəri 6 milyon avro qiymətləndirilir.