BAKI, 5 avqust. TELEQRAF

Almaniyanın “Bayer Leverkuzen” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf xəbər verir ki, Bundesliqa təmsilçisi ispaniyalı sol cinah müdafiəçisi Miguel Qutyerresi transfer edib.

25 yaşlı futbolçu İtaliya çempionu “Napoli”dən təxminən 30 milyon avro (bonuslar daxil) qarşılığında Bundesliqa klubuna keçib. Tərəflər 2031-ci ilin yayına qədər müqavilə imzalayıblar.

Qeyd edək ki, “Real Madrid” akademiyasının yetirməsi olan Qutyerres ötən mövsümü A Seriyasında keçirib. O, “Bayer Leverkuzen”də bu yay Madrid “Atletiko”suna transfer olunan Alexandro Qrimaldonu əvəz edəcək.