BAKI, 4 avqust. TELEQRAF
İspaniya çempionu "Barselona" paytaxtın "Atletiko Madrid" klubunun hücumçusu Xulian Alvaresi transfer etməkdə qərarlıdır.
Teleqraf xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Madrid təmsilçisi 26 yaşlı argentinalını satmaq fikrində olmasa da, Kataloniya klubu danışıqları davam etdirməkdə qərarlıdır.
Baş məşqçi Hansi Flik Alvaresi hücum xətti üçün ideal seçim hesab edir.
Qeyd edək ki, İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Haland, Almaniyanın "Bavariya" komandasının hücumçusu Harri Keyn kimi variantların əlçatmaz olması, həmçinin Türkiyənin "Qalatasaray" klubunda çıxış edən Viktor Osimhen üçün 75 milyon avro tələb edilməsi "Barselona"nın Xulian Alvaresə marağını daha da artırıb.