BAKI, 4 avqust. TELEQRAF
İngiltərənin "Mançester Siti" klubu Fransanın "Olimpik Marsel" komandasının qapıçısı Xeronimo Rullinin transferi üçün ilk rəsmi təklifini göndərib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Mənbənin iddiasına görə, İngiltərə təmsilçisi 34 yaşlı argentinalı qolkiperin transferini başa çatdırmaq üçün Fransa klubu ilə danışıqlara başlayıb. Hazırda tərəflər keçidin maliyyə şərtlərini müzakirə edir.
Bildirilir ki, Rulli "Mançester Siti"nin 2026/2027 mövsümü üçün qapıçı siyahısında əsas namizədlərdən biridir.
Onun transferi ilə qapı xəttində rəqabətin artırılması planlaşdırılır.
Məlumata görə, baş məşqçi Enzo Mareska heyətdə italiyalı qapıçı Canluici Donnarummaya yüksək səviyyəli alternativin olmasını vacib sayır və Rullini bu baxımdan uyğun namizəd hesab edir.